Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 3 180 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 470 297 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 9 nəfər, hazırkı dövrədək isə 127 748 nəfər vəfat edib.
