|
Məlahət İbrahimqızı: “Azərbaycanda Analar günü təsis edilsin”

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə Analar gününün qeyd olunduğunu qeyd etdi. Bu mənada Azərbaycanda da ilin bir gününü Analar günü kimi qeyd etməklə bağlı təklif səsləndirdi.

Deputat may ayının bayramlar ayı olduğunu vurğuladı. “10 may dahi lider Heydər Əliyevin doğum günü və 28 may Şərqdə ilk cümhuriyyətin yaranması günüdür”, - deyən M.İbrahimqızı Analar gününün də bayramlar sırasına daxil edilməsini təklif etdi: “Qardaş Türkiyədə Analar günü milli bayram günü kimi qeyd olunur. Azərbaycan xalqının dəyərlərində ana müqəddəs varlıqdır. Şəhid analarımız baş tacimizdi. Üzeyir Hacıbəyov Cəlil Məmmədquluzadə kimi mütəfəkkirkərin analarının ruhu qarşısında baş əyirik. Həmçinin Mübariz İbrahimov, Polad Həşimov kimi şəhidlərimizin analarının qarşısında baş əyirik. Ona görə də Analar gününün təsis edilməsini təklif edirəm. Bu çox yaxşı olardı”.