|
Eynişteynin məktubu 1,2 milyona satıldı

Amerikalı alim Albert Eynşteynə məxsus məktub satışa çıxarılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, alimin özünün əlyazısı 1,2 milyon dollara satılıb.

Bildirilib ki, Eynişteynin ən məşhur E=mc² formulunun yer aldığı məktubu gözləniləndən üç qat baha satılıb. Eynişteynin 26 oktyabr 1946-cı ildə fizikçi Ludvik Silbersteinə göndərdiyi məktubun özəl bir kolleksiyada tək örnək olduğu deyilib.

İlk dəfə 1905-ci ildə bir dərgidə yayımlanan E=mc² formul fizika elmində önəmli bir addım olduğu vurğulanıb.