|
Türkiyə-Naxçıvan quru yolu bağlandı VİDEO

Türkiyənin İğdır şəhərinin Aralıq rayonunda güclü yağış selə səbəb olub.

“TRT Haber” məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.

Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.

Selin gətirdiyi qaya parçaları gediş-gəlişə əngəl yaradıb.

Yolun açılması üçün işlər davam edir.