Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi - Mirzə Xankişiyev koronavirusa yoluxub.
Bu səbəbdən hakimin icraatında olan işlər təxirə düşüb.
Həmçinin onun yer aldığı digər məhkəmə tərkiblərinin işi ertələnib.
Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi də COVID-19 infeksiyasına yoluxmuşdu.
