|
ABŞ vitse-prezidentinin bu hərəkəti qalmaqala səbəb oldu VİDEO

Sosial şəbəkələrdə ABŞ vitse-prezidenti Kamala Harrisin qalmaqallı görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, video Cənubi Koreya prezidenti Min Çje İnlə görüş zamanı qeydə alınıb.

Görüntülərdə xanım Harrisin Cənubi Koreya dövlət başçısı ilə əl sıxışdıqdan sonra öz əlini pencəyinin ətəyinə sürtərək silməsi əks olunub.   

Sosial şəbəkə istifadəçiləri ABŞ-ın ikinci rəsmi şəxsini tənqid edib və onun belə yüksək vəzifə üçün hazır olmadığını bildiriblər.

Görüntüləri təqdim edirik: