|
Firəngiz Mütəllimova: "Şuşa ilə bağlı paylaşımlarıma görə ermənilər səhifəmi şikayət edib"

Ermənilər Xalq artisti Firəngiz Mütəllimovanın səhifəsini şikayət edib, bağlatdırmağa çalışıblar.

Bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat yayıb.

Firəngiz Mütəllimova Şuşa ilə bağlı paylaşımlarından sonra bu cür vəziyyət ilə qarşılaşdığını qeyd edib:
“Əzizlərim, Şuşa ilə bağlı paylaşımlarıma görə ermənilər səhifəmi şikayət edib bağlatdırmaq istəyirlər. Sizdən xahiş edirəm, bu fürsəti o alçaqlara verməyin. Şuşada çəkdirib paylaşdığım şəkillərin altından çoxlu şərh yazın. Məndən dəstəyinizi əsirgəməyin”.

Xatırladaq ki, Xalq artisti 12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak edib. Aktrisa vaxtaşırı həmin günlərdən xatirə fotolarını paylaşır.

20210521_100004.jpg (353 KB)