|
Samirə Əfəndi 21-ci çıxış edəcək

Niderlandın Rotterdam şəhərində keçirilən“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndinin finalda neçənci səhnəyə çıxacağı məlum olub.

Musavat.com xəbər verir ki, ölkə təmsilçimiz 21-ci nömrə altında çıxış edəcək. S.Əfəndi “Mata Hari” mahnısını yenidən ifa edəcək.

Qeyd edək ki, mayın 22-də keçiriləcək finalda 26 ölkənin təmsilçisisəhnəyə çıxaraq yenidən performansını göstərəcək.

Qeyd edək ki, “Euorovision 2021” mahnı müsabiqəsinin finalı ilə bağlı bukmekerlər proqnozlar veriblər.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb. Bukmekerlərin səs çoxluğu ilə bu dəfə İtaliya cədvələ başçılıq edir. İkinci yerdə Fransa, 3-cü yerdə isə Maltadır.

Onların fikrincə isə Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi müsabiqədə 17-ci yeri tutacaq.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2021” mahnı müsabiqəsinin final mərhələsi mayın 22-də "Ahoy Arena"da reallaşacaq.

buk.png (82 KB)