“Hesab edirəm ki, bir çox rayonların bir mərkəzdə birləşdirilməsi məsələsinə indidən başlamalıyıq və bunu Bakıdan başlamalıyıq”. Bunu parlametin iclasında Milli Məclisin deputatı Fazil Mustafa söylədi.
Deputat bildirdi ki, Azərbaycanda dövlət məmurunun sayını bələdiyyə məmurun artması hesabına azaltmalıyıq. “İdarəetmənin çevikliyi baxımından biz Qarabağda da bələdiyyə seçkilərini keçirməliyik, təbii ki, orda infrastruktur bərpa olunandan, bizim əhali geri qayıdandan sonra... Rayonlarda bələdiyyə idarəetməsinə üstünlük verməliyik. Bu istiqamətdə struktur islahatlarının aparılması olduqca vacibdir”, - deputat bildirdi.
F.Mustafanın sözlərinə görə, rayonların vahid mərkəzdə birləşməsinin rahatlıq baxımından onəmliyini də demək olar: “Bu da idarəetmənin çevikliyi baxımdan vacibdir. Hesab edirəm ki, Qarabağda bələdiyyə seçkiləri keçirməliyik. Təklif edirəm ki, bu istiqamətdə struktur islahatları aparılsın”.
F.Mustafa digər məsələyə də toxundu. Xatırlatdı ki, Şamaxı yolunun təmirindən sonra yol kənarındakı Türk şəhidliyini ziyarət etmək mümkünsüz olub: “Əvvəllər biz orda dayanıb Türk şəhidinin adına öz vəfa borcumuzu yerinə yetirirdik. Amma təmirdən sonra orada avtomobillərin dayanması üçün duracaq nəzərdə tutulmayıb. Orada insanların ziyarəti üçün hökmən imkanlar yaradılmalıdır”.
