|
Koronavirusdan xilas yolu peyvənd olunmaqdan keçir

Dünyanı bürüyən Covid-19 bəlasından qurtarmaq üçün tibb alimləri bir neçə vaksin kəşf ediblər.

Dünyada və ölkəmizdə istifadə olunan peyvəndlərdən biri də, Çində istehsal olunan Sinovac şirkətinin " CoronaVac" peyvəndidir. Sinovac peyvəndini Azərbaycan, Ukrayna, Türkiyə və bəzi digər ölkələr seçib.

Bu peyvənddən istifadə edən ölkələr bu vaksinin müsbət nəticələrini görməyə başlayıb. Koronavirusa yoluxma azalıb. "CoronaVac" vaksini iki dozada vurulur.

Pozitiv nəticə əldə edən ölkələrdən biri də İndoneziyadır. Bu peyvənddən istifadə edən ölkələr vaksinin müsbət nəticələrin görməkdədir. İndoneziya indiyədək 76 milyon peyvənd alıb ki, bunun 90% faizdən çoxu "CoronaVac"-dır və rəqəmlər göstərir ki təsiri çox müsbət olub.

Azərbaycanda vaksinasiya prosesinə yanvar ayının 18-dən başlanıb.