|
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 69,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.