|
Koronavirus Azərbaycanda dəmir yolu ilə yükdaşımalara necə təsir edib? - AÇIQLAMA

Koronavirus Azərbaycanda dəmir yolu ilə yükdaşımalara mənfi təsir göstərməyib.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O bildirib ki, cari ilin 4 ayında dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb:

"Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur".