İşğaldan azad edilmiş ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanıb.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır:
"Yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra Dövlət Turizm Agentliyi olaraq öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".
Qurum rəsmisi bildirib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:
"Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".
