|
Ağadadaş Ağayevin səhhəti ilə bağlı AÇIQLAMA FOTOLAR

Bir müddət əvvəl ağır əməliyyat keçirən Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Aparıcı Hacı Nuran Hüseynov "Instagram" hesabında sənətçi ilə bağlı paylaşım edib. O, A.Ağayevlə fotosunu payalaşaraq səhhətinin yaxşı olduğunu bildirib:

“Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum... Sən milyonların duasına layiq oğulsan”.