|
Bu marşrut xəttində gediş haqqı AZALDILDI

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

Musavat.com xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - deyə, o qeyd edib.