|
İsraildə sinaqoqun tribunası çöküb, 2 nəfər ölüb, onlarla adam xəsarət alıb

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində 167 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Təcili yardım xidməti məlumat yayıb. Onlardan 5-i ağır vəziyyətdədir.

Qeyd edilir ki, hadisə zamanı 2 nəfər ölüb.