|
Şuşa festivalında hansı nazirlər vardı:

Şuşada keçirilən "Xarıbülbül Musiqi Festivalı"nda Musavat.com əməkdaşları da iştirak edib. Tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondu "Yeni Müsavat" Media Qrupunun iki simasını Şuşaya aparmışdı: Rauf Arifoğlu və siyasi şərhçimiz Nurani Qasımovanı.

Media Qrupunun rəhbəri Rauf Arifoğlunun festivaldan və Şuşadan, o cümlədən də iştirakçıların hərəkət etdikləri Füzuli - Qırmızı Bazar - Xankəndi marşrutu boyunca hazırldığı video reportajlar Youtube platformasında böyük maraq və tiraj yaradıb, trend videolar sırasına düşüb.

Həmin video reportajlardan növbətisini təqdim edirik.
Musavat.com