|
Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür.

Axşam.az badam və hind yağından hazırlanan məhlulu təqdim edir:

İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmiz fırça ilə alınan yağı qaşlarınıza və kirpiklərinizə vurun. Bir gecə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuya bilərsiniz.

Qeyd edək ki, həftədə 2-3 dəfə yağdan istifadə edə bilərsiniz