Mayın 17-23-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı yol təhlükəsizliyi həftəsi keçirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitterdə yazıb.
"Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi ilə bağlı fəaliyyətlər həyata keçiriləcək və sakinlərimiz maarifləndiriləcək", - o qeyd edib.
