|
“O geyimi mən geyinməzdim” –

Azərbaycana “Eurovision”da qalibiyyət qazandıran Nigar Camal bu il ölkəmizi sözügedən yarışda təmsil edən Samirə Əfəndinin ifası və geyimi haqqında danışıb.
 “10-da görüşək” verilişində qonaq olan Nigar Samirənin TOP 5-likdə yer almayacağını bildirib:
“Samirəni TOP 5-likdə görmürəm. Qəşəng qızdır. Lakin onun üçün hazırlanan geyimi mən geyinməzdim”.

Qeyd edək ki, bu il 65-ci dəfə təşkil ediləcək yarışma 18-dən 22-si maya qədər Niderlandın Rotterdam şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi Samirə Əfəndi isə mayın 18-də birinci yarımfinalda çıxış edəcək. O, müsabiqədə “Mata Hari” mahnısını oxuyacaq.

Müğənninin tənqid edilən  geyimini Rüfət İsmayıl hazırlayıb.