Xalq artisti Ağadadaş Ağayev ikinci dəfə əməliyyat olunacaq.
Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkən müğənni sabah əməliyyat ediləcək:
“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi”.
