|
Lavrov Bakıdakı “Qardaşlıq məzarlığı” xatirə kompleksini ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakıdakı “Qardaşlıq məzarlığı” əbədi xatirə kompleksini ziyarət edib.

II dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, kompleksin önünə əklil və gül qoyulub.