Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyevlə vida mərasimi yaşadığı evin həyətində keçirilir.
Özünü aktyorun bacısı kimi təqdim edən Zərifə adlı xanım onun haqqında danışıb:
"Qardaşı ölənlər bilər, nə dərddir çəkirəm. Yeni danışmışdıq, deyirdi, yanıma gəlmə. Özüm səni görməyə gələcəm. Arif xəstəxanaya yerləşdirilən gündən oğlu çörək yemir. Arif, özün yetimxanada böyümüşdün, niyə balalarını, nəvələrini yetim qoydun? Oğlu Fərid öləndən onun gülləri solmuşdu".
Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasına yoluxmuşdu. Aktyor bir neçə gündür xəstəxanada müalicə alırdı.
