|
"Gözlərinin altında dərd, kədər var idi" - Kübra Əliyeva

Xalq artisti Kübra Əliyeva həmkarı Arif Quliyevin vida mərasimində iştirak edib.

Kübra Əliyeva açıqlamasında Arif Quliyevin ölümünə kədərləndiyini bildirib: "Arif Quliyev hamının evindən getdi. Onun kimi sənətkarlar az-az yetişir. Ona əlvida deməyə gəldim. Arif Quliyev oğlundan sonra çökmüşdü. Gözlərinin altında dərd, kədər var idi. Allah yerdə qalanlarına səbr versin. Yazın bu vaxtında Azərbaycan mədəniyyətində çinarlar yaman tökülür".