|
Bakıda narkotiklə tutulan ər-arvada hökm oxundu

Bakıda narkotik ittihamı ilə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən Cavid Nurullayev və Sevinc Rüstəmovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Cavid Nurullayev 8 il 6 ay, Sevinc Rüstəmova isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan C.Nurullayev və S.Rüstəmova Bakıda saxlanılıb. Onlar istintaqla müəyyən ediləməyən şəxsdən əldə etdikləri narkotik vasitənin Bakıda satışını həyata keçiriblər.