ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qondarma erməni soyqırımı ilə bağlı fikirlərini açıqlayıb.
Həmsədr öz rəsmi Twitter səhifəsindən 1915-ci ildə baş verənlərə münasibətini bildirib:
"Biz Dağlıq Qarabağın sülh yolu ilə həllinə çalışdığımız üçün Osmanlı İmperiyasının son günlərində baş verənləri, əzab-əziyyəti və qətliamları xatırlayır, bütün qurbanlar üçün yas tuturuq", - deyə həmsədr qeyd edib.
Xatırladaq ki, ermənilər bu gün qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasim keçirir.
Cia.az
