“Ən çox yeni yoluxmanı noyabr və dekabr aylarında görürdük. Bu zaman aparılan testlərdə 30% pozitiv nəticələr var idi”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb: “Bundan sonra yoluxma maksimum 2000-2500-ə çatdı.
Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq yoluxma sayında enmələr müşahidə edirik.
Yoluxma əmsalı 10%-ə yaxınlaşır. Bu, çox yaxşı vəziyyətdir. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.
