Ermənistanda Jirayr Sefilyanın "Milli Demokratik Qütb" hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə Trend "Telegram" kanallarına istinadən məlumat verib.
Qeyd edək ki, S.Lavrov mayın 5-də İrəvana səfər edib, burada sabah onun Ermənistan rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır.
