| Xəbər 18393 dəfə oxunub
Azərbaycanda koronavirus bu zaman yox olacaq

"Ölkəmizdə COVİD 19-a yoluxanların sayının aşağı düşməsinə səbəb uğurla davam edən vaksinasiya prosesinin nəticəsidir".

Musavat.com xəbər verir ki, bunu “milli.az”a açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, epidemioloji vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməlidir:

"Koronavirusa qarşı peyvəndlənmə bütün ölkələrdə eyni səviyyədə deyil. Bəzi ölkələrdə əhalinin çox az faizi peyvənd olunub. Pandemiyanın bitməsi üçün dünya əhalisinin təqribən 80%-i vaksinasiya olunmalıdır. Ancaq o zaman pandemiyanın bitməsi haqqında düşünə bilərik.

Bir çox ştammlar əmələ gəlsə də, istifadə olunan vaksinlərin həmin ştamlara qarşı effektli olduğunu bilirik. Vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməli və mütləq sanitar-epidemioloji (maska, sosial məsafə, əl gigiyenası) qaydalara əməl edilməlidir".