|
Bu gün menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı ilə bağlı İNFOSESSİYAkeçiriləcək

Bu gün Qərbi Kaspi Universitetinin Amerika Management Assosiasiyasının Avropa fililalı (MCE) əməkdaşlıq çərçivəsində menecerlər üçün təklif etdiyi sertifikasiya imtahanına hazırlıq proqramı ilə bağlı infosessiya keçiriləcək.

5 may saat 15.00-da başlayacaq İnfosessiyada AMA Avropa filialının rəhbər şəxsləri tərəfindən iştirakçılara sertifikasiya proqramı ilə bağlı ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İnfosessiyada iştirak üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Sertifikasiya imtahanına hazırlıq proqramı biliklərinizi və təcrübənizi artıracaq, effektiv və uğurlu menecer olmaq üçün sizi lazımi qabiliyyətlərlə təmin edəcəkdir. İştirakçılar təlim prosesi zamanı AMA CPM ™ imtahanlarına hazırlıq üçün lazımi resursları əldə edəcək və imtahandan keçmək üçün tələb olunan texnikalara yiyələnəcəklər.

Sertifikasiya hazırlıq proqramı liderlik, strateji planlaşdırma, idarəetmə, təqdimat bilikləri, dəyişikliyin idarə edilməsi, layihələrin idarə edilməsi, münaqişələrin idarə edilməsi, kritik düşüncə, verilənlərin idarə olunması və mənimsənilməsi daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.

Təlimlər intensiv şəkildə onlayn formatda keçiriləcəkdir.

Təlimlərdə kimlər iştirak edə bilərlər:

5 il iş təcrübəsi olan bakalavr tələbələri, orta məktəb məzunları, abituriyentlər.

3 il iş təcrübəsi olan subbakalavrlar

1 il iş təcrübəsi olan bakalavr pilləsi bitirən şəxslər

Sertifikasiyanın üstünlükləri:

Menecerlərin bir çox sahələrdə biliklərini hərtərəfli inkişaf etdirməyə sövq edərək daha böyük karyera uğurları qazandıracaq

Menecerin təşkilat üçün qiymətini və dəyərini artırıracaq

Uğuru stmullaşdıracaq və menecerləri (həm daxili, həm də xarici) sertifikatı olmayan menecerlərdən fərqləndirirəcək

Komanda üzvlərinə rəhbərliyi dəstəkləmək və özlərini daha da inkişaf etdirmək üçün ilham verəcək

Təşkilatın gəlirinə müsbət təsir göstərirəcək

İş təcrübəsindən kənar idarəetmə biliklərini artırıracaq