|
Aslan Hüseynov Gəncədə dəfn ediləcək

Bir neçə saat əvvəl avtomobil qəzasında həlak olmuş müğənni Aslan Hüseynov Gəncədə dəfn ediləcək.

Bu barədə Musavat.com-a müğənninin yaxınları məlumat verib.

Hazırda nəşi Gəncəyə aparılan A.Hüseynov anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, 55 yaşlı sənətçinin anası apelin 26-da vəfat etmişdi. Müğənni anasının dəfn mərasimi üçün Moskvadan Azərbaycana gəlmişdi. Hadisənin Gəncədən anasının yas mərasimindən qayıdarkən baş verdiyi deyilir.

Müğənninin “BMW” markalı maşını Bakı-Qazax yolunun 60-cı kilometrliyində qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.