| Xəbər 2649 dəfə oxunub
Müğənni Aslan yol qəzasında ölüb - Rəsmi

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.

A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.