|
"Trendyol”un yaradıcıları boşandı

Türkiyənin məşhur onlayn alış-veriş platforması "Trendyol”un yaradıcıları Demet Mutlu və Evren Üçokun ayrılıblar.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, onlar məhkəməyə müraciət edərək qısa müddətdə boşanıblar. Bununla da cütlük gözlərdən uzaq yaşadığı ailə həyatını sonlandırıb. Onların bundan sonra sadəcə dost və şərik olaraq yanyana gələcəyi bildirilib.

Qeyd edək ki, "Trendyol” platforması 2010-cu ildə qurulub. Günbəgün dövriyyəsini milyonlarla dollara çatdıran şirkət 2018-ci ildə hissələrinin 75 faizini Çinin ticarət nəhəngi "Alibaba”ya satıb. Bu satışdan 728 milyon dollar əldə edib.