|
Keçmiş direktora hökm oxundu

ABŞ Şarlott (Şimal Karolina) şəhər məhkəməsi Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Devid Petreusu iki il şərti məhkum edib. 

ANS PRESS-in məlumatına görə, onu məxfi informasiyanı yaymaqda günahkar hesab ediblər. 

Həmçinin ona 100 min dollar məbləğində cərimə kəsilib.

Petreus 2011-ci il sentyabr ayından 2012-ci il noyabradək MKİ-nin başçısı olub. Bu vəzifədə onun karyerası onun tərcümeyi-halının yazılışı üzərində işləyən ərli qadınla cinsi əlaqəyə görə bitmişdi.

Bu halda Devid ona məxfi məlumatlara giriş verirmiş. Prezident Barak Obama Petreusun istefasını qəbul edib.