|
“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana sabah gətiriləcək - YENİLƏNİB

Rusiyadan alınan “Sputnik V” vaksinlərinin hava limanına gəliş vaxtı dəyişdirilib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, vaksinlər ölkəyə sabah, mayın 2-də gətiriləcək.

***

Azərbaycanın Rusiyadan aldığı vaksinlər bu gün ölkəmizə gətiriləcək.

Trend xəbər verir ki, ölkəmizin Rusiyadan aldığı vaksinlərin olduğu təyyarə bu gecə hava limanına enəcək.

Səhiyyə və Xarici İşlər Nazirliyindən nazir müavinləri, Rusiya Federasiyasının səfiri də hava limanında olacaqlar.