"Mançester Yunayted"in futbolçusu Edinson Kavani avrokuboklarda yeni rekorda imza atıb.
Qol.az "Opta"ya istinadən xəbər verir ki, o, buna ötən gecə Avropa Liqasının yarımfinalında "Roma" ilə matçda (6:2) dubl etməklə və 2 qolun ötürməsini verməklə nail olub.
Uruqvaylı hücumçu 34 yaş 74 günlüyündə bunu bacararaq, avrokuboklarda 1 oyunda 2 qol və 2 qol ötürməsi ilə fərqlənən ən yaşlı oyunçu olub. Əvvəlki rekord "Bavariya"nın futbolçusu Robert Levandovski və "Barselona"nın kapitanı Lionel Messiyə məxsus idi. Onlar bunu 31 yaşında etmişdi.
