Ötən il Litvada 43,547 nəfər dünyasını dəyişib ki, bu da 2019-cu illə müqayisədə təxminən 5266 nəfər çoxdur. Dünyasını dəyişənlərin artım dinamikasına COVID-19 pandemiyasının xüsusi təsiri olub.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Gigiyena İnstitutu məlumat yayıb.
İnstitutdan verilən məlumata əsasən, ötən il dünyasını dəyişənlərin 22,8 faizi 65 yaşdan kiçik, təxminən yarısı (47 faiz) 65-84 yaşında, üçdəbiri isə (30,2 faiz) 85 yaş və yuxarı yaşda olub.
Bildirilib ki, ölüm halları 5 əsas səbəbə görə (qan dövranı xəstəlikləri, bədxassəli törəmələr, xarici səbəblərin təsiri, COVID-19 və həzm sistemi xəstəlikləri) baş vermiş və ümumi ölüm hallarının 87,6 faizini təşkil edib.
