Türkiyəli aktrisa Yeşim Ceren Bozoğlunun son halını görənlər tanımaqda çətinlik çəkiblər.
Axşam.az xəbər verir ki, "Kuruluş Osman" serialında rol alan aktrisa arıqlaması və yeni imici ilə diqqətləri üzərinə toplayıb.
2017-ci ildə mədəkiçiltmə əməliyyatı etdirərək 50 kiloqram çəki atan Yeşim Ceren karantinada daha da arıqlayıb.
Aktrisanın sosial şəbəkədə paylaşdığı son fotoları xeyli bəyəni toplayıb.
Qeyd edək ki, aktrisa serialda "Hazal Hatun" obrazını canlandırır.


