|
Narkotik üçün aldığı borcu qaytarmayan şəxsi öldürən gəncə ağır cəza verildi

Bakıda borca görə törədilən cinayət görə aparılan məhkəmə araşdırması başa çatıb. Qətl törətməkdə ittiham olunan şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 31 yaşlı Kamran Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirikən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Kamran Ələsgərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

K.Ələsgərov Xətai rayonunda münaqişə zəminində Orxan Yusiflinin başına daşla vurub. Nəticədə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Orxan Yusifli iki gün sonra ölüb.

Əvvəlcə cinayət işi xuliqanlıq kimi qiymətləndirilib, lakin zərərçəkmişin ölümündən sonra rayon prokurorluğu 221-ci maddəni Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, bir nəfərin ölümü ilə nəticələndikdə) maddəsi ilə əvəz edib.

Gənclər arasında münaqişə münasibətləri müəyyənləşdirmək məqsədi ilə baş verib.

Hüquq-mühafizə orqanları O.Yusiflinin narkotik istifadəçisi olduğunu bildirib. İlkin məlumatlara görə, o, daim dostlarından borc pul alıb və qaytarmayıb. Borclularla onun arasında münaqişə yaşanıb. Sonuncu mübahisə də Kamran Ələsgərovla olub və ölümlə nəticələnib.