|
Azərbaycanda iki məşhur apteklər şəbəkəsi cərimələnib

“Buta Farm” və "Zeytun pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) cərimələnib.

“Report”un məlumatına görə, hər iki protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşlər uyğun olaraq hakim Elməddin Hüseynovun və Azər Tağıyevin icraatına verilib.

MMC-lərə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir.