|
Deputat Baydeni ermənilərin yox, vicdanının səsinə qulaq asmağa çağırdı

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edərkən ABŞ prezidentinin qondarma “soyqırım”la bağlı yanlış mövqeyindən bəhs etdi.

“ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Baydeni "yuxulu Co" adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına böyük ehtiyac var”, - deyən deputat xatırlatdı ki, biz ABŞ-ın bu mövqeyini daha öncə də görmüşdük: “ABŞ erməniərin Azərbaycan torpaqlarını işğal etməsinı, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi. Əksinə, Azərbaycan 90-cı illərdə bəzi torpaqlarını azad edəndə 807-ci düzəlişi etdilər”.

Q.Həsənquliyev ABŞ-ın siyasətini tənqid edərək daha sonra bildirdi: “Onlara 1992-ci ildəki Türkiyə lazımdır. O zaman Azərbaycan torpaqları işğal olunanda Türkiyə rəhbərliyinə təzyiq etdilər ki, siz Ermənistana taxıl yardımı edin”.

Deputat bildirdi ki, Baydenin ermənilərin yox, vicdanının səsinə qulaq asmasına çox böyük ehtiyac var.

Q.Həsənquliyevin sözlərinə görə, Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır: “Əgər onlar Paşinyana dəstək vermək istəyirdilərsə, bunu başqa cür edə bilərdilər. Fransa senatının açıqlamaları, Baydenin bu çıxışı göstərir ki, artıq onlar vasitəçilik missiyasını həyata keçirmək üçün mənəvi haqlarını irtiriblər”.

Q.Həsənquliyev Azərbaycandakı 48 siyasi partiyanın, QHT-lərin, media orqanlarının Türkiyəyə dəstək verdiyini xatırlatdı və bu yanaşmaları təqdir etdi.