|
“Atam reanimasiyadadır” – Arif Quliyevin qızı

"Yeni klinika"ya yerləşdirilən xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva atasının səhhətindən danışıb.

Musavat.com-a açıqlama verən Xalq artistinin qızı bildirib ki, aktyorun vəziyyəti ağırdır:
"Atam reanimasiyadadır. Hələ ki, səhhətində irəliləyiş yoxdur. Biz də yaxşı olması üçün dua edirik. Həkimlər hər şey edirlər. Bizim edə biləcəyimiz bir şey yoxdur. əlimizdən ancaq dua etmək gəlir".
Qeyd edək ki, koronavirusa yoluxan Arif Quliyevin ötən gün ölüm xəbəri yayılmışdı.