|
Parlamentdə peyvənd söhbəti:

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edərkən bildirdi ki, koronavirus pandemiyası ilə bağlı durumdan bəhs etdi.

O, ölkədə peyvəndləmənin gedişindən narahatlığını ifadə etdi. Bildirdi ki, ötən gün ölkədə birinci dozada cəmi 365 nəfər, ikinci dozada isə 3 nəfər peyvənd olunub, bu da aşağı göstəricidir.

Deputat məsələyə ciddi diqqət yetirilməsini zəruri saydı və müvafiq ünvanlara çağırış etdi: “363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır? Bilmək istəyirəm, vaksin yoxdur, yoxsa insanlar vaskin olunmaq istəmir? İnsanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır. Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”.

Q.Həsənquliyev bildirdi ki, əgər 40 yaşınadək insanlar vaksinasiyada iştirak etmək istəmirsə, o halda yaş həddini aşağı salıb, daha aşağı yaşda olan vətəndaşlarımızın peyvəndlənməsini həyata keçirmək olar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, ölkədə vaksin problemi yoxdur: “Ölkəmizdə kifayət qədər vaksin var. Yenidən 5 milyona yaxın vaksin ökəmizə gətiriir və vaksin çatışmazlığı yoxdur. Amma vaksinasiyada iştirak etmək istəyən insanların sayı azdır. Milli Məclis də bu məsələdə öz töhfəsini verə bilər. Burada söhbət vaksinasiya işinə biganəliyindən gedir”.

Komitə sədri dedi ki, bir sıra vaksinləri ölkəmizin bir klinikasisında tədqiq edirlər və son mərhələdədir. “İndiyədək 40 yaşından yuxarı insanlar vaksinaskiya olunur. Səhiyyə işçiləri hesab edirlər ki, 40 yaşından yuxarı insanlar vaksinasiya üçün gələcəklər. Əgər bu, olmayacaqsa, o halda yaş həddinin aşağı salınması məsələsinə baxıla bilər”.