|
Prezident İlham Əliyev: Bütün azad edilmiş torpaqları bərpa edəcəyik

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonuna səfəri ilə bağlı video paylaşıb. 

Musavat.com bildirir ki, videoda Prezident İlham Əliyev Cəbrayıl rayonunun girişində qoyulmuş abidə haqda məlumat verir. Prezident İlham Əliyev Sovet dövründə qoyulan, sonra dağıdılan abidənin əvvəlki görünüşünün eynilə bərpa edildiyini qeyd edib.

Prezident İlham Əliyev: "Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində qoyulan lövhəni tarixi ədaləti bərpa edərək eyni dizaynda biz yenidən qurduq. Bütün azad edilmiş torpaqları, kəndləri, şəhərləri bərpa edəcəyik".