|
Bəsitçay fonunda Prezident İlham Əliyev dedi ki... VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarında olub. Bu barədə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevə özünün instagram səhifəsində videolar yayıb.

Kadrlardan birində Prezident İlham Əliyev Bəsitçayın fonunda Zəngilanın gözəl təbiətindən bəhs edib.

Prezident İlham Əliyev deyib: "Bəsitçay - Zəngilanın gözəl təbiətinin bir hissəsi. Bəsitçay və qədim çinar ağacı. Bu torpaqları biz qaytarmışıq, düşmənin əlindən almışıq. Bundan sonra Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq! Qarabağ Azərbaycandır!"