“Uydurma “erməni soyqırımı” ifadəsini işlədən ABŞ prezidenti Co Baydenə böyük müraciət hazırlayıram, yaxın günlərdə göndərəcəm. Necə ki, bundan əvvəl Roma Papasına da bu cür müraciət ünvanlamışdım”.
Bu sözləri Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov açıqlamasında bildirib. Xalq artisti Co Baydenin bu cür siyasət yürütməsini kəskin şəkildə tənqid edib:
“Co Bayden əslində ingilis deyil, irlandiyalıdır. Qoca, xəstə kişi görməzə, bilməzə bu cür səhv qərar verir. Bütün dünya bilir ki, dünyada ən böyük soyqırımları Amerika törədib. Bir sözlə, soyqırımların əsasını elə Amerika qoyub.
Soyqırımlar törətməklə dövlət yaradıb, adını Amerika qoyublar. Bayden, sən dövlət başçısısan, xatırlamalısan ki, Amerikanın NATO-da Türkiyə kimi tərəfdaşı var. İndi sən Kaliforniyada yaşayan, mənşəyi məlum olmayan bir cüt, iki tək ermənilərin səsini almaq üçün bu cür rüsvayçılıq, xəyanətkarlıq edirsən? Arxiv, sənədlər var. Sən çağır alimləri, tədqiqatçıları faktları ortaya qoysunlar.
Amerika dövləti soyqırımlar, qanlar üzərində qurulub. Elə Bayden kimiləri Amerikanı gözdən salıb, onu çökdürəcəklər”.
Xatırladaq ki, Amerika prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “erməni soyqırımı” ifadəsini işlədib. Bu qondarma ifadəni ABŞ prezidentləri arasında son 40 ildə ilk dəfə Bayden səsləndirib.
