|
“Onu mən bu hala salmadım” - Feyza Aktan

Müğənni Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktan, haqqında yayılan şiddət iddiaları ilə bağlı açıqlama verib.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, keçmiş cütlüyün övladına dayəlik edən özbək əsilli Gülnazın sosial şəbəkələrdə Feyza tərəfindən zorakılığa məruz qaldığı görüntüləri yayılıb. O, bunları ona edənin Aktan olduğunu bildirib.

Bununla bağlı qəzetlərdən birinə müsahibə verən Feyza, haqqında yayılan xəbərlərin doğru olmadığını açıqlayıb:

“Onu mən bu hala salmadım. Gülnaz 2 iki il mənimlə işlədi. 7 ay əvvəl isə işdən çıxardım, Özcanın yanında işləməyə başladı. 7 ay sonra onun fiziki zorakılığa məruz qalmış fotoları necə ortaya çıxıb, anlamıram. Ona edilənlərlə heç bir əlaqəm yoxdur. Belə xəbərlərlə gündəmə gəldiyim üçün böyük təəssüf hissi keçirirəm”.