|
"Evimizdə televizor yoxdur"

Aktrisa Doğa Rutkayla həyat yoldaşı Kerimcan Kamal İstanbulun Bebek səmitində kameralara tuş gəliblər.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yürüşə çıxan cütlük jurnalistlərlə ayaqüstü söhbət edib. Onlar pandemiyanı evdə, 3 yaşlı əkiz övladları ilə birlikdə keçirdiklərini bildiriblər. Doğa ilə Kamal uşaqlarına görə televizordan istifadə etmədiklərini bildiriblər:

 

“Pandemiya bitsə övladlarımızı bağçalara göndərərdik. Onların hazırda sosiallaşmağa ehtiyacı var. Hələ ki biz, müəyyən bilik və bacarıqlar öyrədirik. Tez-tez maraqlı nağıl kitabları oxuyuruq. Evimizdə televizor yoxdur. 3 ildir istifadə etmirik. Uşaqlarımıza planşet ya da telefon da vermirik.  Ümid edirik belə də davam edər”.