|
ABŞ-ın 300-dən çox senator və konqresmenindən İsrailin hərbi üstünlüyünün qorunması ilə bağlı çağırış

Birləşmiş Ştatların 300-dən çox konqresmeni Ağ Evin hər hansı bir şərtlə İsrailə yardımını kəsməməyə çağırıblar.
Bununla bağlı olaraq Nümayəndələr palatasının komitə sədri Roza DeLauroya müraciət ünvanlanıb.
Amerikalı qanunvericiləri belə bir addım atmağa sövq edən səbəb Bayden administrasiyasının İsrailə yardım göstərilməsi üçün fələstinlilərin hüquqlarını pozmaması şərtini qoymağa hazırlaşmasıdır.

“İsrail dövlətinin maliyyələşməsinin azaldılması və ya təhlükəsizlik sahəsində ona hər hansı şərt irəli sürülməsi müttəfiqimizin hərbi üstünlüyünü və xarici təhdidlərdən qorunmaq qabiliyyətini aşağı salır. On illər boyunca Ağ Evə rəhbərlik edən hər iki partiyadan olan prezidentlər İsraili qorumağın strateji əhəmiyyətini anlayıblar.

ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqi kimi İsrail də Vaşinqtona unikal kəşfiyyat informasiyalarını və ən müasir hərbi sistemlərini verib. Buna görə, biz sizləri 2016-cı ildə imzalanan “Qarşılıqlı anlaşma haqqında memorandum”da göstərilən öhdəlikləri yerinə yetirməyə çağırırıq”,-deyə sənəddə bildirilib.