Mili Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlər ətrafında çıxış edən komitə sədri Musa Quliyev ölkə prezidentinin 20 apreldə Hacıqabula səfəri zamanı AzTV-yə verdiyi müsahibəsində bir sıra ciddi mesajlar verdiyini xatırlatdı.
Deputat qeyd etdi ki, müsahibədə toxunulan ən ciddi məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və kommunikasiyaların açılması ilə bağlıdır. Cənab prezident söylədi ki, Zəngəzur dəhlizinin açılması ilə 101 il əvvəl ordan qovulmuş insanlarımızın tarixi torpaqlarına qayıdışına səbəb olacaq. M.Quliyev bildirdi ki, Zəngəzur dəhlizinin açılması Qarabağla Naxçıvanı birləşdirəcək.
Deputat Rusiya sülhməramlılarının davaranışları ilə bağlı narahatlıqların olduğunu söylədi və ardınca həmkarlarına müraciət etdi. “Mən deputatlarımızdan xahiş edirəm ki, bu barədə fikir söyləyərkən təmkinli, ehtiyatlı davransınlar”.
